Azərbaycanda uşaqlara cismani cəza

SONUNCU YENİLƏMƏ, Sentyabr 2018

 

Azərbaycan cismani cəzaları qadağan etməyi öhdəsinə götürür

Azərbaycan 2009, 2013 və 2018-ci ildə Universal dövri icmallardakı tövsiyələri qəbul edərək uşaqlara qarşı bütün cismani cəzaları qadağan etmək öhdəliyini ifadə etdi.

 

Tam qadağan olunması üçün lazımlı hüquqi islahatların qısa xülasəsi

Qadağaya evdə, alternativ qulluq zamanı və gündəlik qayğı zamanı əməl olunmalıdır.

Qanunvericilikdə təsbit edilmiş cismani cəzaların tətbiqi üçün müdafiə nəzərdə tutulmayıb, lakin açıq-aşkar qadağa yoxdur və zorakılıq və sui-istifadəyə qarşı vəziyyətlər uşaqların tərbiyəsi zamanı bütün cismani   cəzaların qadağan olunması kimi təfsir edilmir. Uşaqların qanuna uyğun olaraq təcavüzdən eyni dərəcədə müdafiə və hər cür zorakılıq hallarından qorunma haqlarının reallaşdırılması cismani cəzanın qanunda istisnasız qəbuledilməz və qanunsuz olaraq göstərilməsini tələb edir. Bütün cismani cəzalar, uşaqların böyüklərin nəzarəti altında olduğu ev və başqa məkanlarda ləyaqəti alçaldan rəftar növləri birbaşa qadağan edilməlidir.

Alternativ qulluq parametrləriCismani cəzaların qadağası alternativ qulluğun bütün parametrlərinə (övladlığa götürən ailə, müəssisələr, təhlükəsizlik yerləri, təcili yardım və s.) tətbiq edilə bilən qanunvericiliklə nəzərdə tutulmuş olmalıdır.

Gündəlik qayğı – Cismani cəza bütün uşaq məktəbəqədər müəssisələrində (körpələr evləri, uşaq bağçaları, məktəbəqədər müəssisələr, ailə mərkəzləri və s.), həmçinin böyük uşaqların bütün günlərini keçirdikləri müəssisələrdə (gündəlik mərkəzlər, uşaqlar üçün məktəbdənkənar müəssisələr, uşaq baxıcılığı və s.) qadağan edilməlidir.

Cismani cəzaların mövcud qanunauyğunluğu

Ev

Cismani cəza ailədə qanunidir. 1998-ci il Uşaq Hüquqları haqqında Qanunun 12-ci maddəsində deyilir ki, "valideynləri və başqa şəxslər tərəfindən uşaqlarla qəddar rəftar, uşaqlara psixi və ya fiziki zorakılığın tətbiqi və uşaq hüquqlarının pozulması" (qeyri-rəsmi tərcümə) valideyn hüquqlarının məhrumetmə üçün səbəbdir və uşaqların hüquqlarının pozulmasına valideynlər tərəfindən "uşağın təlim və tərbiyəsi üzrə öhdəliklərini yerinə yetirməmələri" daxil edilir. 27-ci maddədə bildirilir ki, hər bir uşaq öz ləyaqət və şərəfini müdafiə etmək hüququna malikdir. 45-ci maddəyə əsasən qanun Azərbaycan tərəfindən ratifikisiya olunmuş beynəlxalq müqavilələrə zidd olduqda beynəlxalq müqavilələr tətbiq edilir. 1999-cu il Ailə Kodeksinə uyğun olaraq uşaq valideynləri tərəfindən hörmətlə yanaşılma (maddə 49) və valideynlərin qəddar rəftarından müdafiə (maddə 51) hüququna malikdir. Lakin bu müddəalardan heç biri uşaqların tərbiyəsi zamanı istənilən cismani cəzanın qadağan edilməsi kimi təfsir edilmir. 1999-cu il Cinayət Məcəlləsindəki zorakılıq və sui-istifadə ilə mübarizə haqqında müddəalar, Ailə zorakılığının qarşısının alınması haqqında 2010-cu il Qanunu və 2002-ci il Konstitusiyası heç də bütün cismani cəzaların qadağan edilməsi kimi təfsir olunmur.

2009-cu ildə Hökumət uşaqlara qarşı bütün cismani cəzaların qadağası üzrə universal dövri icmaldakı (UPR) tövsiyələri qəbul etmək barədə qadağa öhdəliyini elan etdi;[1] 2011-ci ildə Uşaqların Cismani Cəzaların Bütün Formalarından Müdafiəsi haqqında Qanun Layihəsi hazırlanıb. 2013-cü ildə Hökumət cismani cəzaları qadağan edən qanun layihəsinin qəbulu üzrə UPR-in gedişatında tövsiyələri qəbul etdi, lakin onun irəliləməsi haqqında təfərrüatlar təqdim etmədi və bildirdi ki, uşaqlar üzərində fiziki və psixoloji zorakılıq Uşaq Hüquqları haqqında Qanuna uyğun olaraq ləğv edilmişdir.[2] 2015-ci ilin aprel ayında olduğu kimi qadağa haqqında qanunvericiliyin qəbul edilməsi istiqamətində heç bir irəliləyiş əldə edilməyib və 2015-ci ilin oktyabr seçkilərindən sonra yeni Parlamentin fəaliyyətə başlaması ilə səylərin bərpa olunacağı güman edilir.[3] Lakin 2017-ci ilin yanvar ayına qədər qanun layihəsi üzrə heç bir əlavə tədbir görülməyib.[4] 2018-ci ildə Universal dövri icmalda Hökumət Cismani Cəzaların Bütün Formalarından Uşaqların Müdafiəsi haqqında Qanun layihəsi, həmçinin istənilən şəraitdə uşaqların cismani cəzalara məruz qalmasının qadağan olunması üzrə konkret tövsiyələri dəstəklədi, [5]lakin qanun layihəsinin irəliləyişi haqqında heç bir göstəriş vermədi.

 

Alternativ qulluq  

Alternativ qulluq şəraitində cismani cəzaya heç bir qadağa yoxdur. 1998-ci il Uşaq hüquqları haqqında Qanunundakı müdafiələr tətbiq edilir ("Evə" bölməsinin aşağısına baxın), lakin nə bunlar, nə də Valideynləri olmayan Uşaqların Sosial Müdafiəsi haqqında 1999-cu il Qanunu birbaşa istənilən cismani cəzaları qadağan etmir. Bu, Uşaqların Cismani Cəzanın Bütün Formalarından Müdafiəsi haqqında Qanun layihəsində qadağan ediləcək ("Ev" bölməsinin aşağısına baxın).

 

Gündəlik qayğı

Azyaşlı uşaqlara qulluq və böyük uşaqlara gündəlik qayğı üzrə cismani cəza qadağası yoxdur. 1998-ci il Uşaq Hüquqları haqqında Qanunda yuxarıda göstərilən qorumalar tətbiq olunur ("Ev" bölməsinin aşağısına baxın) və əlavə olaraq, 27-ci maddə göstərir ki, "məktəb, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin daxili qaydaları ədalət və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır", lakin bunlar bütün cismani cəzaları aşkarcasına qadağan etmir. Bu, Uşaqların Cismani Cəzanın Bütün Növlərindən Müdafiəsi haqqında Qanunun layihəsində qadağan olunacaq ("Ev" bölməsinin aşağısına baxın).

 

Məktəblər

Cismani cəza 2009-cu il Təhsil haqqında Qanunun 32(3)(11) maddəsinə əsasən qeyri-qanuni hesab olunur, bu qanunda uşaqların "şərəf və insan ləyaqətini alçaldan və insan hüquqlarını pozan fəaliyyətlərdən müdafiə edilmək" hüququna malik olduğu vurğulanıb 33-cü maddənin 3-cü bəndinə əsasən müəllimlər "şagirdlərin şərəf və ləyaqətinə hörmət etmək" və "uşaq və gəncləri hər növ fiziki və mənəvi zorakılıqdan qorumaq" öhdəliyi daşıyır. 1998-ci il Uşaq Hüquqları haqqında Qanunun 27-ci maddəsinə əsasən təhsil müəssisələrinin qaydaları ədalət və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. 2000-ci il İnzibati Xətalar Məcəlləsi təhsil haqqında qanunvericiliyin pozulmasına, həmçinin "təhsil müəssisəsində şagirdlərə qarşı cinayət əməli hesab olunmayan fiziki və/ya psixoloji zorakılıqdan istifadəyə" görə cəza tədbiri müəyyən edir (maddə 49(1)).

 

Cəza müəssisələri

Cəza müəssisələrində cismani cəza intizam tədbiri olaraq qanunsuzdur. 2000-ci il Cəzaların İcrası Məcəlləsində icazə verilən intizam tədbirləri arasında fiziki cəza müddəası yoxdur ( 107 və 125-ci maddələr), lakin bu, açıq şəkildə qadağan edilməyib və bəzi hallarda fiziki güc tətbiq edilməsinə icazə verilir (maddə 78). 3-cü maddənin 2-ci bəndinə əsasən Azərbaycan tərəfindən təsdiqlənmiş beynəlxalq müqavilələr başqa tənzimləmələr müəyyənləşdirirsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. 2012-ci il Həbs yerlərində saxlanılan Şəxslərin Hüquq və Azadlıqlarına dair Qanunun 27-ci maddəsində göstərilir (qeyri-rəsmi tərcümə): "Həbs olunmuş və ya azadlıqdan məhrum edilmiş şəxs heç bir şəraitdə işgəncəyə, qeyri-insani və ya alçaldıcı rəftar və cəzaya məruz qalmamalıdır. Həbs edilmiş və ya məhkum olunmuş şəxslər insan ləyaqətinə xələl gətirən şəraitdə saxlanılmamalıdır." Qanun zəruri hallarda fiziki güc tətbiq edilməsinə icazə verir, lakin yetkinlik yaşına çatmayanlar üzərində fiziki güc tətbiq edilməsi yolverilməzdir (maddə 43(2)(2)).

2012-ci ildə Cinayət Məcəlləsi cinayət törətməkdə şübhəli hesab olunan şəxslərə tətbiq olunan cəza və digər tədbirlərin sərt, qeyri-insani və ya alçaldıcı olmaya biləcəyini göstərmək üçün dəyişdirilib. (maddə 9.2).[6] Cinayət Məcəlləsinə əlavə dəyişikliklər 2017-ci ildə qəbul edilib, lakin tərəfimizdən nəzərdən keçirilməyib.[7]

Yuvenal Ədliyyə haqqında qanun layihəsi 2013-cü ildə müzakirə edildi. 2015-ci ildə İşgəncələrə qarşı Komitəyə hesabat verən Hökumət qanun layihəsinin hələ də müzakirə edildiyini bildirdi.[8] Bununla yanaşı, Hökumət 2018-ci ildə qanunun "yuvenal ədliyyə sisteminin tətbiqi üçün zəruri tənzimləmə çərçivələri" təqdim etdiyini vurğulayıb.[9] Yuvenal Ədliyyə haqqında qanun layihəsinin hələ də gündəmdə olub-olmaması aydın deyil.

 

Cinayətə görə cəza

Cismani cəza cinayətə görə cəza tədbiri olaraq qeyri-qanunidir. 1999-cu il Cinayət Məcəlləsi və 2000-ci il Cinayət Prosessual Məcəlləsində qanuni cismani cəza ilə bağlı müddəa yoxdur.

 

[1] 10 iyun 2009, A/HRC/11/20/Add.1, İşçi qrupun hesabatı: Əlavə

[2] 19 sentyabr 2013, A/HRC/24/13/Add.1, İşçi qrupun hesabatı: Əlavə, 1 və 10-cu bəndlər

[3] UNICEF, Qlobal Təşəbbüsə uyğun olaraq, 1 aprel 2015

[4] UNICEF, Qlobal Təşəbbüsə uyğun olaraq, Yanvar, 2017

[5] 11 iyul 2018, A/HRC/39/14, İşçi Qrupun Hesabatı, 140(47), 140(48), 141(26) və 141(27) bəndlər; 10 sentyabr 2018, A/HRC/39/14/Add.1 Redaktə edilməmiş yeni versiya, İşçi Qrupun Hesabatı: Əlavə, 18-ci bənd

[6] 17 mart 2016, CCPR/C/AZE/4, Dördüncü iştriakçı dövlət hesabatı, 115-ci bənd

[7] 16 fevral 2018, A/HRC/WG.6/30/AZE/1, Universal Dövri İcmal üzrə ölkə hesabatı 78-ci bənd

[8] 2 fevral 2015, CAT/C/AZE/4, Dördüncü iştirakçı dövlət hesabatı, 317-ci bənd

[9] 16 fevral 2018, A/HRC/WG.6/30/AZE/1, Universal Dövri İcmal üzrə ölkə hesabatı 177-ci bənd

Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı hesabatının Universal Dövri İcmalı

Azərbaycan 2009-cu ildə Universal Dövri İcmalın ilk mərhələsində yoxlamadan keçib (4-cü sessiya). Aşağıdakılar tövsiyə edildi:[1]

"... 18 yaşdan aşağı şəxslərin, məhbusların cismani cəzaya və ya qeyri-insani davranışın müxtəlif formalarına (Macarıstan) məruz qalmaması üçün zəruri tədbirlər görün; uşaqlara qarşı cismani cəzanın bütün formalarının ləğvinə yönəldilmiş zəruri tədbirlər görün (Braziliya)...."

Hökumət tövsiyələri qəbul edərkən bunları bildirdi:[2]

"Biz tövsiyələri qəbul edirik və bu mövzuda müntəzəm tədbirlər görülməli olduğunu qeyd edirik.

"Cismani cəza (uşaqlara qarşı olan da daxil olmaqla) qanunvericilik ilə qadağan edilərək qanunsuz bəyan olunub. Cinayət Məcəlləsi və İnzibati xətalar məcəlləsinə dəyişiklik edən qanun layihəsi valideyn və digər fərdlərin uşaqlara qarşı qəddar davranışı, onlara göstərdikləri psixoloji və fiziki şiddətə görə inzibati və cinayət məsuliyyəti müəyyənləşdirir.

"Eyni zamanda, 'Yetkinlik yaşına çatmayanların tərk edilməsinin və onlara qarşı qanun pozuntularının qarşısının alınması' və 'Azərbaycan Respublikasında tərk edilmiş uşaqların və küçə uşaqlarının problemlərinin Həll olunması ilə bağlı Tədbirlər Planı' qəbul edildi."

Yanvar, 2012-ci il tarixli Universal Dövri İcmal zamanı verilən tövsiyələrin həyata keçirilməsi barədə Hökumətin aralıq hesabatı cismani cəza haqqında tövsiyələrə cavab vermir.

Azərbaycanın ikinci mərhələ üzrə təhlili 2013-cü ildə aparılıb (16-cı sessiya). Aşağıdakı tövsiyələr verildi:[3]

"Uşaqların cismani cəzadan müdafiəsi haqqında qanun layihəsini qəbul etmək (Braziliya)

"Yeniyetmələrə qarşı ədalət prinsipi haqqında və uşaqlara qarşı cismani cəzanı qadağan edən qanun layihələrinin beynəlxalq standartlara uyğun olaraq qəbul olunmasını və həyata keçirilməsini təmin etmək (Macarıstan)"

Tövsiyələri qəbul edərkən Hökumət bildirmişdir ki, hüquqi islahatlar aparılmaqdadır, eyni zamanda, uşaqlara qarşı fiziki və psixoloji zorakılıq Uşaq Hüquqları haqqında Qanun ilə artıq ləğv edilib.[4]

2016-ci il üzrə aralıq hesabat yuxarıda göstərilən tövsiyələrin icrasını əhatə etmir.

Üçüncü mərhələ üzrə təftiş 2018-ci ildə həyata keçirilib (30-cu sessiya). Aşağıdakı tövsiyələr əlavə edilmişdir:[5]

"Uşaqlara qarşı cismani cəzanı qadağan etmək və intizam tədbiri olaraq qeyri-zorakı alternativləri təşviq etmək (Uruqvay)

"Hər yerdə, o cümlədən məişətdə uşaqlara qarşı cismani cəzanın qadağan edilməsi üçün mövcud qanunvericiliyi nəzərdən keçirmək (Monteneqro)"

"Uşaqların cismani cəzanın bütün növlərindən müdafiəsi haqqında qanun layihəsini qəbul etmək (Qırğızıstan)

"Uşaqların Cismani Cəzanın Bütün Növlərindən Müdafiəsi haqqında Qanun Layihəsini qəbul etməklə uşaqların hüquqlarını qorumaq (Namibiya)"

İlk iki tövsiyə interaktiv dialoq zamanı Azərbaycan tərəfindən dəstəkləndi. Qalan ikisi də daha sonra, işçi qrupunun yekun hesabatı qəbul edilməmiş dəstəkləndi. Hökumət əlavə etdi: "Uşaqların cismani cəzanın bütün növlərindən müdafiəsi haqqında Qanun qəbul edildikdən sonra onun icrasi ilə əlaqədar nəzarət mexanizmləri yerli səviyyədə uşaqların müdafiəsi sahəsində ciddi islahatları tələb edəcək. Buna görə də bu cür qanunun qəbul edilməsinə gələcəkdə diqqət yetiriləcək."[6]

 

[1] 29 may 2009, A/HRC/11/20, İşçi qrupun hesabatı, 96(11)

[2] 10 iyun 2009, A/HRC/11/20/Add.1, İşçi qrupun hesabatı: Əlavə

[3] 5 iyul 2013, A/HRC/24/13, İşçi qrupun hesabatı, 109(89) və 109(97)

[4] 19 sentyabr 2013, A/HRC/24/13/Add.1, İşçi qrupun hesabatı: Əlavə, 1 və 10-cu bəndlər

[5] 11 iyul 2018, A/HRC/39/14, İşçi Qrupun Hesabatı, 140(47), 140(48), 141(26) və 141(27)

[6] 10 sentyabr 2018, A/HRC/39/14/Add.1 Redaktə edilməmiş yeni versiya, İşçi Qrupun Hesabatı: Əlavə, 18-ci bənd

İnsan hüquqları üzrə müqavilə orqanları tərəfindən verilən tövsiyələr

Uşaq Hüquqları üzrə Komitə

(12 mart 2012, CRC/C/AZE/CO/3-4, üçüncü/dördüncü hesabat üzrə yekun müşahidələr, 45 və 46-cı bənd)

"İştirakçı Dövlətin uşaqların cismani cəzanın bütün növlərindən müdafiəsi haqqında qanun layihəsini nəzərdən keçirdiyini qeyd etməklə yanaşı, Komitə mövcud qanunvericiliyin bütün hallarda cismani cəzanı ləğv etməməsi barədə narahatdır.

"Komitə əvvəlki tövsiyələrini təkrar edir (CRC/C/AZE/CO/2, 45-ci bənd) və iştirakçı Dövlətin bütün şəraitlərdə, o cümlədən məişətdə uşaqlara hər cür fiziki cəza verilməsini qəti qadağan edən qanunvericiliyi irəli sürməklə onun tam tətbiqini tövsiyə edir. O həmçinin iştirakçı Dövlətin uşaqların tərbiyəsi və təhsilinin qeyri-zorakı, iştirakçı formalarını təbliğ edən məlumatlandırma və ictimai maarifləndirmə  kampaniyaları həyata keçirməsini tövsiyə edir."

 

Uşaq Hüquqları üzrə Komitə

(17 mart 2006, CRC/C/AZE/CO/2, İkinci hesabat üzrə yekun müşahidələr, 44 və 45-ci bəndlər)

"Komitə cismani cəzanın məktəb və cəza sistemində ləğv olunduğu halda, məişətdə hələ də tətbiq edilməsi və cəmiyyətdə qəbul edilən intizam tədbiri kimi geniş yayılması barədə narahatlığını ifadə edir.

"Komitə iştirakçı Dövlətin bütün şəraitlərdə, o cümlədən məişətdə uşaqlara hər cür fiziki cəza verilməsini qəti qadağan edən qanunvericiliyi irəli sürərək tam tətbiqini tövsiyə edir. İştirakçı Dövlət həmçinin uşaqların tərbiyəsi və təhsilinin qeyri-zorakı, iştirakçı formalarını təbliğ edən məlumatlandırma və ictimai maarifləndirmə kampaniyalarını həyata keçirməlidir."

Son on ildə çoxluq/münasibət faktlarının tədqiqi

Heç biri təyin edilmədi.

Bu səhifə ortağımız, Sərhədsiz Tərcüməçilər tərəfindən tərcümə edilmişdir. Məzmuna və ya tərcüməyə hər hansı bir şərh və ya düzəliş üçün info@endcorporalpunishment.org elektron poçtuna göndərin

Translators_without_Borders